Главная > İdman > Beynəlxalq turnirdə Masallı taekvondoçuları 3 medal qazanıblar

Beynəlxalq turnirdə Masallı taekvondoçuları 3 medal qazanıblar


24-02-2019, 20:37. Разместил: yeni321
Beynəlxalq turnirdə Masallı taekvondoçuları 3 medal qazanıblar
 
Fevralın 23-24-də Gürcüstanda taekvondo üzrə uşaq, yeniyetmə və gənclər arasında keçirilən “Tbilisi Open 2019” beynəlxalq turniri başa çatıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Sadiq Ağayevin verdiyi məlumata görə altı ölkənin 350-dən çox idmançısının qatıldığı yarışlarda Azərbaycan idmançıları ilə yanaşı, Ukrayna, İran, Belarus, Gürcüstan və Ermənistan atletləri də iştirak ediblər.
Beynəlxalq turnirdə dördnəfərlik heyətlə təmsil olunan Masallı taekvondoçuları bir qızıl, iki gümüş medal qazanıblar. Tatamiçilərimizdən Sevda Əzizova (37kq) birinci, Ağakərim Əliyev (30kq), İlkin Feyzullayev (21 kq) isə ikinci yerə layiq görülüblər.
Ümumi hesabda isə Azərbaycan komandası medal sayına görə turnirdə ikinci yeri tutub.
 
Akif AGAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад