Главная > İdman > İki Masallı güləşçisi respublika birinciliyinin mükafatına sahiblənib

İki Masallı güləşçisi respublika birinciliyinin mükafatına sahiblənib


25-02-2019, 18:08. Разместил: yeni321
İki Masallı güləşçisi respublika birinciliyinin mükafatına sahiblənib

Ölkə paytaxtında, “Sərhədçi” İdman Olimpiya Mərkəzində sərbəst və yunan-roma güləşi üzrə yeniyetmə və gənclər arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Dörd gün (19-22 fevral) davam edən respublika birinciliyində sərbəst güləş üzrə mübarizəyə qatılan Masallı idmançıları bir gümüş və bir bürünc medal qazanıblar.
Yeniyetmə pəhləvanlımız Mircavad Nəbiyev 48 kiloqram çəki dərəcəsində fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.
Gənc bahadurlar arasında isə Hüseyn Hüseynzadə 65 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub.
Məlumat üçün bildirək ki, mükafatçılar yığma komandaya cəlb olunaraq, ölkəmizi Avropa və dünya çempionatları ilə yanaşı, 2019-cu ilin iyul ayında Bakıda təşkil olunacaq Avropa Gənclərinin Olimpiya Festivalında təmsil edəcəklər.

A K İ F,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад