Главная > İdman > Masallıda Kyokushin karate idman növü üzrə rayon birinciliyi keçirilib

Masallıda Kyokushin karate idman növü üzrə rayon birinciliyi keçirilib


25-02-2019, 18:55. Разместил: yeni321
 
 Masallıda Kyokushin karate idman növü üzrə rayon birinciliyi keçirilib
 
Masallı rayon Gənclər və İdman İdarəsinin 26 fevral Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında Kyokushin karate idman növü üzrə açıq rayon birinciliyi keçirilib.
Birinciliyin açılış mərasimində rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, 2 nömrəli "Mətbuatyayım" İdarəsinin rəisi Əbülfəz Nuriyev Azərbaycanın şanlı tarixində qanlı hərflərlə yazılan Xocalı soyqırımının yaddaşlarda silinməz izlər buraxdığını, qədirbilən xalqımızın faciə qurbanlarının xatirəsini əziz tutduğunu bildiriblər, idmançılara uğurlar arzulayıblar.
10 çəki dərəcəsində 80 nəfərə yaxın idmançının iştrakı ilə keçirilən yarışlar iki gün davam edib.
Qalib idmançılar gənclər və idman idarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.
  
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад