Главная > İdman > Region Liqa: “Ərkivan”la “Neftçala” sülhə razılaşdılar

Region Liqa: “Ərkivan”la “Neftçala” sülhə razılaşdılar


3-03-2019, 20:13. Разместил: yeni321
Region Liqanın qrup mərhələsi yekunlaşıb: “Ərkivan”la “Neftçala” sülhə razılaşıblar

AFFA-nın təşkilatçılığı ilə Region Liqasının Mərkəz və Cənub Regionunun Cənub Zonasında son turun oyunları keçirildi.
X tur çərçivəsində “Ərkivan” (Masallı) və "Neftçala" komandaları üz-üzə gəldi.
Martın 3-də Ərkivan qəsəbə stadionunda baş tutan görüş diqqətçəkən məqamlarla yadda qaldı. Turnir cədvəlində sonuncu yerləri bölüşən komandaların Play-Off mərhələsinə çıxma şansları olmasa da oyun maraqlı keçdi.
Saat 15:00-da start götürən qarşılaşmanın ilk yarımhissəsi qonaqların xeyrinə qurtardı – 0:2. Lakin neftçalalıların sevinci çox sürmədi. Fasilədən sonra təşəbbüsü ələ alan Masallı təmşilçiləri hesabı bərabərləşdirməyə müvəffəq oldular. “Ərkivan”ın heyətində ilk qola Tayfur İbayev imza atdı.  “Neftçala”nın qapısına ikinci qolu isə Cavid Cəfərov vurdu.
Yerli idmançılar rəqib qapısında bir neçə təhlükəli vəziyyət yaratsalar əlverişli şəraitdən yararlana bilmədilər. Beləliklə, gərgin mübarizə şəraitində keçən matç 2:2 hesablı heç-heçə ilə yekunlaşdı.
Qeyd edək ki, səfərdə futbolçularımız “Neftçala” komandası üzərində 3:1 hesablı qələbə qazanmışdılar.  
Turun digər oyunlarının nəticəsi isə belədir: “Salyan”-“Alyans” (FK Masallı) 4:0, “Astara”- “Ümid” (Cəlilabad) 0:0.
“Alyans”, “Ümid” və “Salyan” komandaları Play-Off mərhələsinə vəsiqə qazanıblar. 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад