Главная > İdman > Masallıda idmançılarla görüş keçirilib
Masallıda idmançılarla görüş keçirilib4-03-2019, 16:20. Разместил: yeni321 |
Masallıda idmançılarla görüş keçirilib Martın 4-də Masallı şəhəri Gənclər Mərkəzində rayon idmançılarının bir qrupu ilə görüş keçirilib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov ölkəmizdə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu idman siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Rayon idmançılarının ölkədaxili və beynəlxalq yarışlarda böyük uğurlar qazandığını vurğulayan C.Manafov dövlət başçısının Sərəncamı ilə rayonun məşqçi-müəllimlərinə fəxri adların verilməsini onlara göstərilən qayğının təzahürü kimi dəyərləndirib. Respublikanın Fəxri Bədən tərbiyəsi və idman işçisi Tahir Məmmədov, Əməkdar məşqçilər Ədalət Ağayev, Sufəddin Məmmədov və Famil Fərmanlı, məşqçi-müəllimlər Sadiq Ağayev, Sabir Lətifov, Natiq Eynullayev, Ramil Həsənov və başqaları bildiriblər ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafına və idmançılara göstərdikləri diqqət və qayğı bütün idmansevərlər tərəfindən yüksək qiymətləndirilir. Sonda bir qrup idmançı və məşqçi-müəllimə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |