Главная > İdman > Masallıda cüdo üzrə açıq birincilik keçirilib

Masallıda cüdo üzrə açıq birincilik keçirilib


4-03-2019, 23:15. Разместил: yeni321
Masallıda cüdo üzrə açıq birincilik keçirilib
 
Masallıda – Cənub Cüdo Təlim-Məşq Mərkəzində 5 Mart - Bədən Tərbiyəsi və İdman gününə həsr olunmuş cüdo üzrə uşaqlar və yeniyetmələr arasında açıq rayon birinciliyi keçirilib.
Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə düzənlənən birincilikdə
11 çəki dərəcəsində 100-ə yaxın idmançı qüvvəsini sınayıb.
İki gün (3-4 mart) davam edən yarışlarda Masallı rayon idmançıları ilə yanaşı Bakı şəhər və Lənkəran rayon cüdoçuları da iştrak ediblər.
Birinciliyin yekun nəticələrinə əsasən Masallı rayon komandası birinci, Bakı şəhər komandası ikinci , Lənkəran rayon komandası isə üçüncu yeri tutub.
Qaliblər təşkilat komitəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад