Главная > İdman > Masallının 10 futbol komandası respublika birinciliyinin finalında

Masallının 10 futbol komandası respublika birinciliyinin finalında


9-03-2019, 15:56. Разместил: yeni321
Masallının 10 futbol komandası respublika birinciliyinin finalında 

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təşkilatçılığı ilə uşaq və yeniyetmələr arasında respublika birinciliyi davam edir. Yarışlar iki – seçmə və final mərhələsi sistemində keçirilir. Birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında futbolun təbliği və kütləviliyi, futbolçuların ustalığının yüksəldilməsi, onların klublar üçün hazırlanması və komandalara cəlb olunmasıdır.
Birincilikdə 10-14 yaşlılar arasında Cənub Regional Futbol Federsiyasının Lənkəran və Cəlilabad zonası üzrə çempionluq uğrunda mübarizə aparan Masallı futbolçuları heç də rəqiblərindən geri qalmırlar.
Artıq mövsümün seçmə mərhələsinə yekun vurulub. Hər region üzrə ilk üç yeri tutan komandalar play-of mərhələsində güclərini sınayacaqlar.
Masallı rayonunu təmsil edən 10 komanda – U-10 Liqası üzrə “Masallı” (bombardir Zakir Əliyev – 32 qol), UGİM, U-11 “Masallı” (bombardir Kərim Tağıyev – 31 qol), “Ərkivan” (bombardir Heydər Qurbanov - 25 qol), “Boradigah”, U-12 UGİM (bombardir Rza Bəşirov – 15 qol), “Masallı”, U-13 “Masallı”, “Ərkivan” (bombardir Emil Həsənov – 11 qol), U-14 UGİM növbəti final mərhələsinə vəsiqə qazanıb.
İdmançılarımızı təbrik edir, onlara uğurlar arzulayırıq!
 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад