Главная > İdman > Masallı boksçuları Lənkəranda – açıq birincilikdə mükafata sahibləniblər

Masallı boksçuları Lənkəranda – açıq birincilikdə mükafata sahibləniblər


28-03-2019, 17:38. Разместил: yeni321
Masallı boksçuları Lənkəranda – açıq birincilikdə mükafata sahibləniblər

Lənkəranda – Cənub Regional Boks Mərkəzində Novruz bayramına həsr olunmuş boks üzrə açıq rayon birinciliyi keçirilib.
Tədbir zona və respublika birinciliklərinə rayon idmançılarını hazırlamaq, eləcə də idmançılar arasında dostluq münasibətləri yaratmaq məqsədilə keçirilib.
Üç gün davam edən açıq birincilikdə Lənkəran, Astara, Masallı, Cəlilabad, Neftçala rayonlarının və Bakı şəhərinin komandalarının tərkibində 2003-2008-ci il təvəllüdlü 140 idmançı iştirak edib.Yarışın son nəticələrinə görə Lənkəran rayon komandası I, Cəlilabad II, Masallı boksçuları isə III yeri əldə ediblər.
Sonda qalib idmançılar diplom və medallarla təltif edilib.
 

Akif AĞAYEV,

“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад