Главная > İdman > Masallı cüdoçusu “Regionların kuboku”nda bürünc medal qazanıb

Masallı cüdoçusu “Regionların kuboku”nda bürünc medal qazanıb


2-04-2019, 12:11. Разместил: yeni321
Masallı cüdoçusu “Regionların kuboku”nda bürünc medal qazanıb

Oğuz Olimpiya İdman Kompleksində 2005-2007-ci il təvəllüdlü oğlanlar arasında cüdo üzrə “Regionların kuboku” açıq birinciliyi keçirilib.
Gənclər və İdman Nazirliyinin, Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə ölkəmizi, həmçinin Gürcüstan və İranı təmsil edən 37 komandanın tərkibində 350-dən çox cüdoçu 11 çəki dərəcəsi üzrə yarışıb.
İki gün (25-26 mart) davam edən yarışlarda Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq Gənclər İdman Məktəbinin yetirmələri 6 nəfərlik heyətlə təmsil olunub.
Birincilikdə idmançılarımızdan Elman Abışov 66 kiloqram çəki dərəcəsində üçüncü yerə sahib olub.

A K İ F,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад