Главная > İdman > Masallılı paralimpiyaçının növbəti uğuru

Masallılı paralimpiyaçının növbəti uğuru


4-04-2019, 20:14. Разместил: admin44
Masallılı paralimpiyaçının növbəti uğuru

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin boccia idman növü üzrə yığma komandası Xorvatiyanın Zaqreb şəhərində keçirilən açıq regional çempionatda bürünc medala layiq görülüb.
Rəqib komandalar arasında Paralimpiya çempionlarının da olduğuna baxmayaraq idmançılarımız – Bəhruz Mirzəyev, Xəyal İslamov, Zaur Veysəlov əzmlə mübarizə aparıb, yarışdan uğurlu nəticələrlə qayıdıblar.
18 ölkənin boccia üzrə komandalarının iştirak etdiyi çempionatda milli yığmamız qrup mərhələsində ilk oyunda macarlara məğlub (3:2) olsa da, Xorvatiya komandası ilə oyunu qələbə (7:6) ilə başa vurub. Türkiyə yığması ilə qarşılaşmada da uğur qazanaraq yarımfinala yüksələn komandamız Slovakiya yığmasına məğlub (7:1) olmasına baxmayaraq, Yunanıstanın komandası ilə oyunda qələbə (5:4) qazanıb. Beləliklə, Azərbaycan bocciaçıları Açıq Regional çempionatda bürünc medala sahib olublar.
Milli komandanın baş məşqçisi İlham Məhərrəmovu və qalib heyəti növbəti qələbə münasibətilə təbrik edir, onlara yeni uğurlar arzulayırıq.
Nəzərə çatdıraq ki, boccia üzrə Azərbaycan yığma komandasının kapitanı, İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə (21-28 oktyabr 2018-ci il, BC 4 kateqoriyasında), Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr 2018-ci il) qızıl medal və bir neçə beynəlxaq turnirdə mükafatlara sahib olmuş 30 yaşlı Bəhruz Şakir oglu Mirzəyev Masallı rayonunun Viləş (Kalinovka) kəndində anadan olub.

 
 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад