Главная > İdman > Masallının 3 yeniyetmə cüdoçusu ölkə birinciliyinin medalını qazanıb
Masallının 3 yeniyetmə cüdoçusu ölkə birinciliyinin medalını qazanıb29-04-2019, 14:33. Разместил: yeni321 |
Masallının 3 yeniyetmə cüdoçusu ölkə birinciliyinin medalını qazanıb Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının (ACF) birgə təşkilatçılığı ilə U-15 kiçikyaşlı yeniyetmələr arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb. ACF-dən verilən məlumata əsasən "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən yarışlarda respublikamızın müxtəlif bölgələrindən olan 464 cüdoçu mübarizə aparıb. Üç gün (24-26 aprel) davam edən respublika birinciliyində 66 klub və komandanın yetirməsi medallar uğrunda yarışıb. Daha yaxşı nəticə göstərən "Neftçi İdman Klubu" komanda hesabında birinci yeri tutub. "UGİM - 13" klubu ikinci, Zaqatala cüdoçuları üçüncü olub. Ölkə birinciliyində 20 yeniyetmə cüdoçu ilə təmsil olunan Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in yetirmələrindən Nərmin Babayeva (63 kq) gümüş medala sahiblənib, Elmar Abışov (66 kq) və Səfurə Salmanova (32 kq) isə bürünc medalla kifayətlənib. Qalıblər ACF tərəfindən diplom, medal və pul mükafatları ilə təltif edilib. Qeyd edək ki, idmançıları yarışa Əməkdar məşqçi Xanağa Quliyev hazırlayıb. A K İ F, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |