Главная > İdman > Masallı güləşçisi respublika birinciliyinin bürünc medalını qazanıb

Masallı güləşçisi respublika birinciliyinin bürünc medalını qazanıb


2-05-2019, 20:11. Разместил: yeni321
Masallı güləşçisi respublika birinciliyinin bürünc medalını qazanıb

Mayın 2-də Balakən Olimpiya İdman Kompleksində Yeniyetmələrin XII Respublika Oyunlarının proqramına daxil olan yunan-Roma güləşi üzrə 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında respublika birinciliyinin final mərhələsi başlayıb.
Yarışlarda respublikanın 32 şəhər, rayon, klub və idman cəmiyyətini təmsil edən 220 güləşçi mübarizə aparır. İdmançılar 15 çəki dərəcəsi üzrə yarışırlar.
Yarışların ilk günü Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Əmrah Əmrahov 35 kiloqram çəki dərəcəsində ölkə birinciliyinin bürünc medalını qazanıb. Qeyd edək ki, Masallı pəhləvanları yarışlara 3 nəfərlik heyətlə qatılıb. İdmançıları birinciliyə məşqçı-müəllim Qismət Əkbərov hazırlayıb.
Respublika birinciliyinin final mərhələsinə mayın 3-də yekun vurulacaq.
 
A K İ F,
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад