Главная > İdman > Masallı məktəbliləri arasında kross üzrə rayon birinciliyi keçirilib

Masallı məktəbliləri arasında kross üzrə rayon birinciliyi keçirilib


6-05-2019, 21:29. Разместил: yeni321
 
Ulu öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunur
 
Mayın 6-da ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibəti ilə Masallı rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında kross yarışı üzrə rayon birinciliyi keçirilib.
Qızlar arasında Qəriblər kənd tam orta məktəbinin şagirdi Sevgi Məmmədova I, Lürən kənd tam orta məktəbinin şagirdi Zeynəb Hüseynova II, Banbaşı kənd tam orta məktəbinin şagirdi Bilqeys Məmmədova III yeri, oğlanlar arasında  Qızılavar kənd tam orta məktəbinin şagirdi Ceyhun Məmmədzadə I, Şərəfə kənd tam orta məktəbinin şagirdi Rəvan Ocaqverdiyev II, Qəriblər kənd tam orta məktəbinin şagirdi Məhəbbət Bayramov III yeri tutub.
Qaliblər Masallı Rayon Təhsil Şöbəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.
  
“Yeni həyat”,
www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад