Главная > İdman > Masallıda mini-futbol üzrə rayon birinciliyinə yekun vurulub

Masallıda mini-futbol üzrə rayon birinciliyinə yekun vurulub


10-05-2019, 18:21. Разместил: yeni321
Masallıda mini-futbol üzrə rayon birinciliyinə yekun vurulub

Mayın 9-da Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ərkivan qəsəbə mərkəzi stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş mini-futbol üzrə rayon birinciliyinə yekun vurulub. .
Mükafatlandırma mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, Ərkivan qəsəbə ərazi nümayəndəəsi İsrail Tağıyev, MƏSQ rayon təşkilatının sədri Məmmədağa Şiriyev, qəsəbə ağsaqqallarından Mehman Məmmədov və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışaraq, Prezident cənab İlham Əliyevin bu siyasi xətti uğurla davam etdirdiyini, eləcə də idman tədbirinin keçirilməsində əməyi olanlara minnətdarlıq bildiriblər.
On iki komandanın mübarizə apardığı yarışda “Ərkivan-Masallı” komandası final görüşündə “Binə Xocavar” yığmasına 3:1 hesabı ilə qalib gələrək birinciliyin qalibi adını qazanıb.
Sonda təşkilat komitəsi tərəfindən müxtəlif nominasiyalar üzrə fərqlənən idmançılara diplomlar təqdim olunub. Qalib komanda isə kubok və diplomlarla mükafatlandırılıb.
 

 
“Yeni həyat”,
www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад