Главная > İdman > VII “Zirvə Oyunları”nda Masallı idmançıları 3 növ üzrə 7 medal qazanıblar

VII “Zirvə Oyunları”nda Masallı idmançıları 3 növ üzrə 7 medal qazanıblar


26-05-2019, 16:07. Разместил: yeni321
VII “Zirvə Oyunları”nda Masallı idmançıları 3 növ üzrə 7 medal qazanıblar 
 
5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınadığı yarışlara Masallı idmançıları da qatılıblar.
“Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması,  idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
Masallı idmançıları hələlik öz aktivlərinə 3 idman növü üzrə 7 medal yazıblar.
Rayon gənclər və idman idarəsinin nəzdində UGİM-nin yetirməsi Əzizova Sevda (41 kq) taekvondo üzrə gümüş, yunan-Roma güləşi üzrə Əmrah Əmrahov (35 kq) qızıl, Mirşahəddin Əzizov (57 kq) gümüş, Rəvan Həşimzadə 938 kq) bürünc, cüdo üzrə Elmar Abuşov (66 kq), Cavid Fərəcov (50 kq) gümüş, Kamran Mustafayev (38 kq) isə bürünc medala sahib olublar.
Qalib idmançılar və komandalar “Zirvə” İnternational Sport Clubs MMC-nin medalları ilə mükafatlandırılıblar.
Yarışlar davam edir.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az
 
 шаблоны для dle 11.2
Вернуться назад