Главная > İdman > Masallıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib

Masallıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib


10-06-2019, 16:02. Разместил: yeni321
Masallıda cüdo üzrə açıq rayon birinciliyi keçirilib

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Cənub Cüdo Təlim Mərkəzində “15 İyun Milli Qurtuluş Günü”nə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında cüdo idman növü üzrə açıq rayon birinciliyi başa çatıb.
16 çəki dərəcəsində 100 nəfərə yaxın uşaq və yeniyetmə idmançının iştrakı ilə keçirilən yarış olduqca gərgin və maraqlı mübarizə şəraitində keçib.
Üç gün (08-10 iyun) davam edən yarışlarda Masallı rayon idmançıları ilə yanaşı “Bakı Cüdo 2012”, “Bakı Azəri”, “Bakı Zirvə” klubları və digər rayon idmançıları da iştrak ediblər.
Qalib idmançılar təşkilat komitəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.

 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад