Главная > İdman > Masallıda qarışıq döyüş növləri üzrə açıq rayon birinciliyi keçirilib

Masallıda qarışıq döyüş növləri üzrə açıq rayon birinciliyi keçirilib


10-06-2019, 16:09. Разместил: yeni321

Masallıda qarışıq döyüş növləri üzrə açıq rayon birinciliyi keçirilib 

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinə həsr olunmuş qarışıq döyüş idman növləri üzrə açıq rayon birinciliyinə yekun vurulub.
16 çəki dərəcəsində 100 nəfərə yaxın idmançının iştrakı ilə keçirilən yarış olduqca gərgin və mübarizə şəraitində keçib. İki gün (08-09 iyun) davam edən yarışlarda Masallı rayon idmançıları ilə yanaşı Lənkəran, Astara və Cəlilabad rayonlarından olan idmançılar da güclərini sınayıblar.
Yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.
 
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад