Главная > İdman / Manşet > Masallılı üzgüçü rekordunu təzələdi

Masallılı üzgüçü rekordunu təzələdi


26-11-2017, 23:51. Разместил: yeni321
  Masallılı üzgüçü rekordunu təzələdi
 
Azərbaycan Üzgüçülük Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 24-26-da üzgüçülük üzrə açıq ölkə çempionatı keçirilib. Bakı Su İdmanı Sarayında düzənlənən turnirdə 120 üzgüçü iştirak edib.
Yarışa yerli idmançılarla yanaşı, Qazaxıstandan 4, Gürcüstandan 35 atlet qatılıb.

 Həmyerlimiz, millimizin üzvü Vəli İsrafilov kişilər arasında 200 metr brass növü üzrə 2 dəqiqə 25 saniyəyə (normativ 2.28) üzüb. O, şəxsi rekordunu yeniləyib. Məşqçilərinin ümidini doğruldan 15 yaşlı atlet 665 FİNA balı toplayaraq idman ustası adını qazanıb.
50 metr üzrə ikinci, 100 metr üzrə ikinci, 200 metr üzrə isə birinci nəticəni göstərib. Beləliklə, respublika üzrə birinci, ümumi hesabda isə ikinci yerə layiq görülüb.
   
Qeyd edək ki, Masallı rayonunun Köhnə Alvadı kəndindən olan İsrafilov Vəli Rəşadət oğlu ölkəmizi 4-cü İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə təmsil edən 10 idmançıdan biri olub. O, idmana ilk addımlarını 7 yaşında atıb. “Sərhədçi” Olimpiya-İdman Kompleksində fəaliyyət göstərən üzgüçülük bölməsində məşqçi Rəşad Əliyevin bələdçiliyilə idmanın sirlərinə yiyələnib. Bakı və Sumqayıt şəhər açıq birinciliklərində uğurlu nəticələr göstərib. 100, 200 metr brass, o cümlədən çoxnövçülük proqramı üzrə dəfələrlə Azərbaycan çempionu olub. 12 yaşında birinci dərəcəli idmançı normativini yerinə yetirib. Üzgüçülük üzrə respublika yığma komandasına dəvət alıb, təlim-məşq toplanışlarına cəlb edilib. Baş məşqçi Rəşad Abdurrəhmanovun ümidlərini doğruldub. Türkiyədə, Gürcüstanda və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərin mükafatlarını qazanıb.
  
Sloveniyanın Kranj şəhərində kecirilən üzgüçülük üzrə Beynəlxalq turnirdə (25-26 mart, 2017) Vəli İsrafilov yeniyetmələr arasında 200 metr brass üzrə qızıl, böyüklər arasında 200 və 100 metr brass üzrə bürünc medallara layiq görülüb. O, bu təsnifat yarışlarında şəxsi rekordlarını təzələyib. Bununla da 614 bal toplayaraq 4-cü İslam Həmrəyliyi Oyunlarına, eləcə də Budapeştdə kecirilən yeniyetmələrin Avropa festivalına (27 iyun-2 iyul, 2017), İsraildə düzənlənən Avropa çempionatına (23 iyul-28 iyul, 2017) vəsiqəni təmin edib.
Ölkə yığmasının ən gənc üzvünə qarşıdakı yarışlarda uğurlar arzulayırıq. 
                                                                                         

                                                                                                 Akif AĞAYEV,
                                                                                                                                                                                                                           www.yeniheyet.az 

шаблоны для dle 11.2
Вернуться назад