Главная > İdman > “Masallı” komandası Topaz Futbol Festivalının regional turnirinin ikinci mükafatını qazanıb

“Masallı” komandası Topaz Futbol Festivalının regional turnirinin ikinci mükafatını qazanıb


17-06-2019, 12:57. Разместил: yeni321
“Masallı” komandası Topaz Futbol Festivalının regional turnirinin ikinci mükafatını qazanıb

İyunun 16-da Astara Olimpiya İdman Kompleksində “Topaz Futbol Festivalı-2019” çərçivəsində mini futbol üzrə regional turnir keçirilib.
Regional turnirdə Astara, Lənkəran, Masallı və Lerik rayonlarını təmsil edən 8 komanda qələbə uğrunda mübarizə aparıb.
“Topaz Futbol Festivalı”nın keçirilməsində məqsəd Azərbaycanda futbolun inkişafına dəstək vermək, futbol həvəskarlarının asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaq, paytaxtla yanaşı, bölgələrdə də mini futbolun kütləviliyini təmin etməkdir.
Gərgin idman mübarizəsi şəraitində keçən turnirin finalında “Xəzər-Lənkəran” və “Masallı” komandaları qarşılaşıblar. Lənkəran futbolçuları rəqiblərinə 2:1 hesabı ilə qalib gələrək regional turnirin qalibi olub. Astaranın “Ərçivan” komandası isə turnirdə üçüncü yeri tutub.
Qaliblərə diplom, medal və hədiyyələr təqdim edilib.

A K İ F,
“Yeni həyat”,
www.yeniheyet.az 
 шаблоны для dle 11.2
Вернуться назад