Главная > İdman > Masallı karateçiləri 7 qızıl, 6 gümüş və 3 bürünc medal qazanıb

Masallı karateçiləri 7 qızıl, 6 gümüş və 3 bürünc medal qazanıb


24-06-2019, 16:42. Разместил: yeni321
 Masallı karateçiləri 7 qızıl, 6 gümüş və 3 bürünc medal qazanıb 

Şəki rayonunda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən Sindo-ryu və pençak silat idman növü üzrə ümummilli lider Heydər Əliyev xatirəsinə həsr olunmuş XIII ölkə birnciliyi və çempionatı keçirilib.
Yarışlarda respublikanın müxtəlif şəhər, rayon, klub və idman cəmiyyətini təmsil edən idmançılar mübarizə aparıb. Şəki Olimpiya İdman Kompleksində üç gün davam edən (21-23 iyun) yarışlarda uğurla çıxış edən Masallı rayon idmançılarından Əhədov Allahyar (24 kq), Həsənzadə Kamran (22 kq), Eynalov Heydər (70 kq), Abışov Əmrah (55 kq), İsayev Saqif (32 kq), İsayev Saday (28 kq), Əliyev Zamin (75 kq) birinci yerə layiq görülərək fəxri kürsünün ən yüksək pilləsinə sahib olmuşlar.
Digər idmançılarımızdan Quliyev İlkin (46 kq), Kosayev Mahir (55 kq), Bağırov Məhəmməd (22 kq), İsayev Mirrəvan (34 kq), Tağıyev Murad (38 kq), Məmmədov Loğman (35 kq) ikinci, Fərəcov Rəvan (58 kq), Rəhmanov Elnur (57 kq), Səfərov Murad (35 kq) üçüncü yerə layiq görülmüşlər. İki idmançımız – Əhədov Allahyar və Abışov Əmrah il ərzində əldə etdikləri nəticələrə görə yığma komandanın tərkibinə daxil edilmişdir.

A K İ F,
“Yeni həyat”,
www.yeniheyet.az шаблоны для dle 11.2
Вернуться назад