Главная > İdman > Masallı güləşçiləri VI Respublika turnirində 1 gümüş, 2 bürünc medal qazanıblar

Masallı güləşçiləri VI Respublika turnirində 1 gümüş, 2 bürünc medal qazanıblar


17-09-2019, 08:39. Разместил: yeni321
Masallı güləşçiləri VI Respublika turnirində 1 gümüş, 2 bürünc medal qazanıblar

Salyan Olimpiya İdman Kompleksində idman ustası Yaşar Cavadovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında VI Respublika turnirində Masallı idmançıları uğurla çıxış ediblər.
Üç gün davam edən yarışda ölkəmizin müxtəlif şəhər, rayon, klub və idman cəmiyyətini təmsil edən idmançılar mübarizə aparıblar.
Turnirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirmələrindən Namiq Babayev 65 kiloqram çəki dərəcəsində ikinci, Səid Musayev 62 kiloqram çəki dərəcəsində üçüncü, Turan Məmmədov isə 85 kiloqram çəki dərəcəsində üçüncü yeri tutub.
İdmançıları yarışa məşqçi müəllimlər - Təhmasib İsayev və Xıdır Hüseynov hazırlayıblar.


шаблоны для dle 11.2
Вернуться назад