Главная > İdman > Masallılı üzgüçü dünya çempionatında bürünc medal qazanıb

Masallılı üzgüçü dünya çempionatında bürünc medal qazanıb


17-09-2019, 08:52. Разместил: yeni321

Masallı idmançısının daha bir uğuru

 Üzgüçülük üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Vəli İsrafilov dünya çempionatında bürünc medal qazanıb.
Birləşmiş Krallığın paytaxtı London şəhərində keçirilən yarışın beşinci günündə idmançımız brass üsulu ilə mübarizə aparıb. O, 100 metr məsafəni 1 dəqiqə 6 saniyəyə qət edərək üçüncü yeri tutub. Bununla da idmançımız lisenziya xalları toplayaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına qatılma şansını artırıb. 17 yaşlı Vəli İsrafilov Azərbaycan Üzgüçülük Federasiyasının yetirməsidir.
Qeyd edək ki, Masallı rayonunun Köhnə Alvadı kəndindən olan İsrafilov Vəli Rəşadət oğlu ölkəmizi 4-cü İslam Həmrəyliyi Oyunlarında üzgüçülük üzrə təmsil edən 10 idmançıdan biri olub. Dəfələrlə Azərbaycan çempionu adını qazanan V.İsrafilov 12 yaşında birinci dərəcəli idmançı, 15 yaşlında isə idman ustası normativini yerinə yetirib. Türkiyədə, Gürcüstanda, İsraildə və digər ölkələrdə keçirilən beynəlxalq turnirlərin mükafatlarını qazanıb.
Sloveniyanın Kranj şəhərində kecirilən üzgüçülük üzrə Beynəlxalq turnirdə (25-26 mart, 2017) Vəli İsrafilov yeniyetmələr arasında 200 metr brass üzrə qızıl, böyüklər arasında 200 və 100 metr brass üzrə bürünc medallara layiq görülüb. O, bu təsnifat yarışlarında şəxsi rekordlarını təzələyib. Bununla da 614 bal toplayaraq 4-cü İslam Həmrəyliyi Oyunlarına, eləcə də kecirilən yeniyetmələrin Avropa festivalına (27 iyun-2 iyul, 2017), İsraildə düzənlənən Avropa çempionatına (23 iyul-28 iyul, 2017) vəsiqəni təmin edib.

Akif AĞAYEV,
“Yeni həyat”,
 
www.yeniheyet.az 




шаблоны для dle 11.2
Вернуться назад