Главная > İdman > Masallı cüdoçuları XI Respublika Oyunlarında 1 qızıl, 2 bürünc medal qazanıblar
Masallı cüdoçuları XI Respublika Oyunlarında 1 qızıl, 2 bürünc medal qazanıblar28-11-2017, 20:13. Разместил: yeni321 |
Masallı cüdoçuları XI Respublika Oyunlarında 1 qızıl, 2 bürünc medal qazanıblar Tovuz rayonunda yeniyetmələrin XI Respublika Oyunlarının proqramına daxil olan cüdo idman növü üzrə final mərhələsi başa çatıb. 27-28 noyabr 2017-ci il tarixdə Tovuz Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışlarda 34 klubdan 200-ə yaxın idmançı medallar uğrunda mübarizə aparıb. Respublikanın Əməkdar məşqçisi Xanağa Quliyevin verdiyi məlumata görə Masallı rayonunun cüdo komandası bu yarışda 6 nəfərlik heyətlə təmsil olunub. Yeniyetmə cüdoçularımız respublika yarışında uğurlu nəticə əldə etmişlər. Belə ki, qızların yarışında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Nərmin Babayeva rəqiblərindən güclü olduğunu sübut edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oğlanların mübarizəsində Heydərəli Quliyev (42 kq), İlham Ağayev (73 kq) bürünc medala layiq görülüb, Elmar Abışov (55 kq), Nuri Mehdi (73 kq) isə beşinci yerlə kifayətləniblər. Akif AĞAYEV, “Yeni həyat”, www.yeniheyet.az Вернуться назад |