Главная > İdman > “İradənlə qalib gəl!” – Masallıda açıq qapı günləri

“İradənlə qalib gəl!” – Masallıda açıq qapı günləri


1-11-2019, 18:07. Разместил: yeni321
“İradənlə qalib gəl!” – Masallıda açıq qapı günləri

Noyabrın 1-də Masallıda gənclərin iştirakı ilə “İradənlə qalib gəl!” şüarı altında açıq qapı günləri keçirilib.
Gənclər və İdman Nazirliyinin təşəbbüsü, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən açıq qapı günləri 9 noyabr – Bayraq günü münasibəti ilə təşkil edilmişdir.
Masallı Olimpiya İdman Kompleksində keçirilən aksiya çərçivəsində cüdo, güləş, bədii gimnastika, boks, taekvondo, karate, futbol, voleybol, şahmat, kinq-boks, tirnajor və müxtəlif idman növləri üzrə veteran idmançılar və əməkdər məşqçi müəllimlərin iştirakı ilə ustad dərsləri və nümunəvi çıxışlar nümayiş edilmişdir.
Əməkdar məşqçilər Xanağa Quliyev (cüdo), Qurbanəli İsayev (güləş), Həbib Mehdiyev, Elnur Hacıyev (boks), Ədalət Ağayev (taekvondo), Famil Fərmanlı (şahmat), Süfəddin Məmmədov (voleybol), məşqçi-müəllim Rövşən Süleymanov (futbol), Ramin Məmmədov (karate), Mərziyyə Mustafazadə (bədii giminastika), Rövşən Cəlalov (tirnajor) idmançılara ustad dərsləri keçmişlər.
Tədbirin məqsədi uşaq, yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi , onlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi, idmanın kütləviliyinin təmin edilməsilə ayrı-ayrı idman növləri üzrə təcrübəli idman mütəxəssislərinin ustad dərslərinə cəlb etməkdir.
 



 

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад