Главная > İdman > Masallı karateçilərinin növbəti uğuru

Masallı karateçilərinin növbəti uğuru


4-11-2019, 22:41. Разместил: admin44
Masallı karateçilərinin növbəti uğuru

Ölkə paytaxtında — “Sərhədçi” İdman Olimpiya Mərkəzində uşaq, yeniyetmə, gənclər və kişilər arasında Kyokuşin karate idman növü üzrə keçirilən 1-ci KWU açıq respublika çempionatına yekun vurulub.
Çempionatda respublikanın rayon və şəhər klublarından 30-a yaxın komanda iştirak edib.
Açıq çempionatda Masallı rayonunun karateçiləri uğurlu nəticələr göstəriblər. İdmançılarımızdan Rahid Məhərrəmov (55kq), Kamil Bəbirov (45 kq), Elmar Sadıqov (60 kq), Çingiz Məmmədli (30 kq), Pünhan Muxtarov (30 kq), Əli Kiçibəyov (40 kq) ikinci, Ramal Şərifov (40 kq), Turan Əliyev (50 kq), Ağa İsmayılov (25 kq), Xalid Adilzadə (70 kq) üçüncü yerə layiq görülüblər.
İdmançıları yarışa məşqçi-müəllim Sabir Lətifov hazırlayıb.

A K İ F,
“Yeni həyat”,
www.yeniheyet.az
 


шаблоны для dle 11.2
Вернуться назад