Главная > İdman > Masallılı karateçi dünya çempionatının bürünc medalını qazanıb

Masallılı karateçi dünya çempionatının bürünc medalını qazanıb


3-12-2019, 19:51. Разместил: yeni321
 
Masallı idmançısı karate idman növü üzrə dünya üçüncüsü olub

Rusiya Federasiyasının paytaxtında yeniyetmə və gənclər arasında karate idman növünün çoxnövçülüyü üzrə dünya çempionatına yekun vurulub.
Moskvada tarixdə ilk dəfə bütün karate növləri üzrə keçirilən dünya çempionatında Masallı rayonunun karateçiləri də iştirak edib.
40-dan artıq ölkədən min idmançının mübarizə apardığı birincilikdə Azərbaycan millisinin tərkibində çıxış edən Əhədov Allahyar Afər oğlu uğurlü nəticə göstərib. Belə ki, idmançımız 25 kiloqram çəki dərəcəsində fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
A.Əhədovu yarışa Qara kəmər II dan ustası Ramik Məmmədov hazırlayıb.
Qeyd edək ki, Masallının yeniyetmə idmançısı 2020-ci ilin iyun ayında Ukraynanın Berdyansk şəhərində keçiriləcək dünya kuboku yarışında da ölkəmizin idman şərəfini qoruyacaq.

Akif AĞAYEV.
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад