Главная > İdman > Masallıda cüdo üzrə açıq birincilik keçirilib

Masallıda cüdo üzrə açıq birincilik keçirilib


29-12-2019, 18:02. Разместил: yeni321

Masallıda cüdo üzrə açıq birincilik keçirilib

Masallı Cüdo təlim-məşq mərkəzində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş uşaqlar və azyaşlı yeniyetmələr arasında cüdo üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Tədbirin mükafatlandırılma mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə idmançıları təbrik etmiş, onlara uğurlar arzulamışdır.
20 çəki dərəcəsində iki yaş qrupu üzrə 120 nəfərdən artıq idmançının iştrakı ilə keçirilən yarış olduqca gərgin mübarizə şəraitində keçmişdir. İki gün (28-29 dekabr) davam edən açıq birincilikdə Masallı idmançıları ilə yanaşı Bakı (“Neftçi”, “Yasamal”), Lənkəran, Biləsuvar şəhər və rayonlarından gələn idmançılar da öz qüvvələrini sınamışlar.
Qalib idmançılar təşkilat komitəsinin diplom və medalları ilə mükafatlandırılmışdır.
 
“Yeni həyat”,
www.yeniheyet.az

 


шаблоны для dle 11.2
Вернуться назад