Главная > İdman > Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin xatirəsinə mini-futbol turniri keçirilir

Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin xatirəsinə mini-futbol turniri keçirilir


19-01-2020, 18:11. Разместил: yeni321
Masallıda Aprel şəhidi Firdovsi Bağırzadənin xatirəsinə mini-futbol turniri keçirilir
 
Masallı rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən layihə çərçivəsində Aprel şəhidi Firdovsi Bağırzadənin xatirəsinə həsr olunmuş mini-futbol turnirinə start verilmişdir.
Boradigah idman zalında keçirilən turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra layihə rəhbəri Əfsur Orucov iştirakçılara donor və layihə haqqında məlumat vermişdir. O, bildirmişdir ki, layihənin məqsədi region gənclərinin vətənpərvərlik,  sağlamlıq və komanda işi kimi dəyərləri inkişaf etdirmək, gənclərin idman sahəsinə diqqətini cəlb etməkdir.
Turnirin ilk oyunları Güllütəpə - FHN (Masallı) və Ərkivan – “Viləş” (Masallı) komandaları arasında olmuşdur.
İlk qarşılaşmadan FHN (Masallı) komandası 3-1 hesabı ilə qalib ayrılmışdır. Qalib komandanın oyunçularından Sənan Qasımzadə (2 qol), Sənan Hüseynov, rəqib komandadan isə Abdin Mütəllimov (Güllütəpə) fərqlənmişlər.
Ərkivan – “Viləş” (Masallı) komandaları arasındakı görüşdə isə masallılar güclü olduğunu sübut etmişlər – 4-3. Bu oyunda Şirxan Bayramov (2 qol), Bəxtiyar Mehrəliyev, Elçin Həşimov (hər üçü “Viləş”), Orxan Babayev (2 qol) və Ruslan Bədəlov (“Ərkivan”) fərqlənmişlər.
Məlumat üçün bildirək ki, mini-futbol turnirində Masallı rayonunun səkkiz komandası mübarizə aparır.
Layihənin müddəti isə üç ay olmaqla 1 dekabr 2019 – 1 mart 2020-ci il tarixləri əhatə edir.

 
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад