Главная > İdman > Masallı cüdoçuları Şirvandan evə 11 medalla qayıdıblar

Masallı cüdoçuları Şirvandan evə 11 medalla qayıdıblar


28-01-2020, 17:26. Разместил: yeni321
Masallı cüdoçuları Şirvandan evə 11 medalla qayıdıblar

Şirvan şəhərində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral Azərbaycan gəncləri gününə həsr olunmuş uşaqlar, azyaşlı yeniyetmələr və yeniyetmələr arasında cüdo idman növü üzrə şəhər açıq birinciliyi keçirilib.
Açıq birincilikdə Şirvan, Masallı, Salyan, İmişli, Sabirabad, Hacıqabul rayonlarının idmançıları, eləcə də Bakının “Zirvə” və digər komandaları qələbə uğrunda mübarizə aparıblar.
İki gün (25-26 yanvar) davam edən yarışlarda Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri uğurlu nəticə göstəriblər.
Masallı idmançılarından Həsən Kazımov (34 kq), Hüseyn Kazımov (24 kq), Kamran Mustafayev (46 kq) birinci,  Elməddin Mənsimov (27 kq), Kənan Bağıyev (21 kq) ikinci, Əli Əmənov (34 kq), Elcan Soltanov (38 kq), Baqir Ağazadə (30 kq), Ümüd Əsədov (24 kq), Ayar Cavadov (34 kq), Məhəmməd Mahmudov (30 kq) üçüncü yerə layiq görülüblər.
İdmançıları yarışa Əməkdar məşqçi Xanağa Quliyev hazırlayıb.

 
Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад