Главная > İdman > Masallı boksçusu respublika birinciliyinin bürünc medalına sahib olub

Masallı boksçusu respublika birinciliyinin bürünc medalına sahib olub


12-02-2020, 14:50. Разместил: yeni321
Masallı boksçusu Azərbaycan birinciliyində bürünc medal qazanıb 

Bakı şəhərində gənclər arasında boks idman növü üzrə keçirilən Azərbaycan birinciliyinə yekun vurulub.
Yeddi gün (02-08 fevral) davam edən çempionatda respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 48 komanda mübarizə aparıb.
10 çəki dərəcəsi üzrə baş tutan yarışlar Boks Mərkəzində təşkil olunub. Birincilikdə 147 boksçu gücünü sınayıb.
Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi İnayət Hüseynov final döyüşlərində əzmlə mübarizə aparıb. O, 81 kiloqram çəki dərəcəsində bürünc medala sahib olub.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад