Главная > İdman > Masallıda boks üzrə rayon birinciliyinə yekun vurulub

Masallıda boks üzrə rayon birinciliyinə yekun vurulub


18-02-2020, 15:33. Разместил: yeni321
Masallıda boks üzrə rayon birinciliyinə yekun vurulub

Masallıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş yeniyetmələr arasında boks idman növü üzrə rayon birinciliyi başa çatıb.
Masallı Regional Boks Mərkəzində rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə keçirilən yarışlar iki gün (17-18 fevral) davam edib.
Birincilikdə 11 çəki dərəcəsində 88 nəfər 2006-2008-ci il təvəllüdlü idmançı gücünü sınayıb.
Sonda qalib idmançılar təşkilat komitəsi tərəfindən diplomlarla mükafatlandırılıb.
Mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Azərbaycanın şanlı tarixində qanlı hərflərlə yazılan Xocalı soyqırımının yaddaşlarda silinməz izlər buraxdığını bildirib. Qeyd edib ki, hər il faciənin ildönümündə keçirilən müxtəlif tədbirlərdə erməni vəhşilərinin xalqımıza qarşı törətdiyi qətliamın baş vermə səbəbləri, təfərrüatları bir daha yada salınır.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад