Главная > İdman > Masallıda veteran idmançılara ərzaq yardımı

Masallıda veteran idmançılara ərzaq yardımı


1-05-2020, 18:38. Разместил: yeni321

Masallıda veteran idmançılara ərzaq yardımı 

Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi bir qrup veteran idmançını ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşlara tövsiyələrini əsas tutaraq “Biz birlikdə güclüyük” devizi altında və yeni növ koronavirus (COVİD - 19) pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilən hərəkət məhdudiyyətləri rejimini nəzərə alaraq rayon gənclər və idman idarəsinin kollektivi yaşı 65-i ötmüş Masallı idmanının inkişafı üçün çalışmış bir qrup veteran idmançıya baş çəkərək qayğı və səhhətləri ilə maraqlanıb, həmçinin onlara sağlamlıqlarının müdafiəsi məqsədilə xəstəlikdən, eləcə də koronavirusdan qorunma üsulları izah edilib.
Veteran idmançılara zəruri ərzaq məhsullarından ibarət yardım aparılıb.

 

“Yeni həyat”,
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад