Главная > İdman > “Narkomaniyaya “yox” deyək” devizi altında turnirlər

“Narkomaniyaya “yox” deyək” devizi altında turnirlər


2-12-2017, 11:31. Разместил: yeni321
 

“Narkomaniyaya “yox” deyək” devizi altında turnirlər

Noyabrın 20-dən 25-dək Masallı şəhər 4 nömrəli  tam orta məktəbinin idman zalında “Narkomaniyaya “yox” deyək” devizi altında voleybol və mini futbol turnirləri keçirilmişdir.
Yarışlarda ümumtəhsil məktəblərinin ondan artıq komandası mübarizə aparmışdır. 
Yarışlara ilkin olaraq voleybolçular qoşulmuşlar. Respublika dərəcəli hakim Qəyyum Niftiyevin idarə etdiyi bu oyunlar gərgin və maraqlı idman mübarizəsi şəraitində keçmişdir. Türkoba kənd  tam orta məktəbinin iki komandası final mərhələsində yarışmaq hüququ qazanmışdır. Respublikanın Əməkdar məşqçisi Süfəddin Məmmədovun yetirmələri, Türkoba – I komandası finalda da layiqli qələbə qazanaraq turnirin qalibi olmuşdur.
III yerə Sığdaş məktəbliləri sahib olmuşlar. İskəndərli və Qodman məktəbliləri mükafatçılar sırasına çıxa bilməsələr də mütəxəssislər onların oyununu yaxşı qiymətləndirmişlər. 
Daha gərgin və maraqlı keçən mini futbol yarışları azarkeşləri sevindirmişdir. Turnirdə Qarğalıq – I, Ərkivan  – 4 nömrəli, Türkoba – I, şəhər 2 və 4 nömrəli, Təzə Alvadı 1 nömrəli, Qarğalıq – II və Türkoba –  II komandaları olimpiya sistemi üzrə mübarizə aparmışlar. Yarımfinalda Təzə Alvadı  –1 və şəhər 4 nömrəli məktəblərin futbolçularına qalib gələn Qarğalıq və Türkoba – I komandaları finalda qarşılaşmaq hüququ qazanmışlar.
Qarşılaşmada Bəhruz Rəhimovun yetirmələri – Qarğalıq – I komandası daha güclü olmuşdur. Üçüncü yerə isə Təzə Alvadı məktəbliləri layiq görülmüşlər. Qalib komandaların üzvləri “Diplom”larla mükafatlandırılmışdır.

Şirzad MEHTİYEV,
AJB-nin üzvü.
 шаблоны для dle 11.2
Вернуться назад