Главная > İdman > Masallı şahmatçısı respublika çempionatının finalına vəsiqə qazanıb

Masallı şahmatçısı respublika çempionatının finalına vəsiqə qazanıb


2-12-2017, 17:14. Разместил: yeni321
Masallı şahmatçısı respublika çempionatının finalına vəsiqə qazanıb
 
Salyan şəhərində “Təhsiıl” Respublika İdman Mərkəzinin təqvim planına əsasən şahmat üzrə Respublika çempionatının zona yarışları (22-30 noyabr) başa çatıb. 6 yaş qrupu üzrə keçirilən yarışlarda Bakı şəhər 11 nömrəli Uşaq Gənclər İdman Məktəbi, Lənkəran şəhəri, Salyan, Masallı, Biləsuvar, Neftçala, Ağdam və Laçın rayonlarından hər komandadan 12 şahmatçı (6 qız, 6 oğlan) olmaqla 96 idmançı iştirak edib.
15 yaşadək qızlar arasında 10 oyundan 9,5 xal toplayan Masallı Uşaq-Gənclər İdman Şahmat Məktəbinin yetirməsi Gülçin Heydərova birinci yerə layiq görülüb.
Digər şahmatçılarımız Mirseyidəli Talıbzadə (15 yaşadək oğlanlar arasında), Dadaş Dadaşov (17 yaşadək oğlanlar arasında) isə üçüncü yerlə kifayətlənməli olublar.
Dairəvi sistem üzrə keçirilən yarışlarda hər yaş qrupundan I və II yerləri tutan şahmatçılar cari ilin dekabr ayında keçiriləcək final yarışlarında iştirak etmək hüququ qazanıblar.
Qaliblər Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
                                                                                              Akif AĞAYEV,
                                                                                                  “Yeni həyat”,
                                                                                            www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад