Главная > İdman > Masallı Rayon İcra Hakimiyyətinin başçısı paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb


15-06-2020, 19:01. Разместил: yeni321
Masallı Rayon İcra Hakimiyyətinin başçısı paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov Viləş kəndində paralimpiyaçı Bəhruz Mirzəyevlə görüşüb.
İcra başçısı əvvəlcə Viləş kəndində Aprel şəhidi Nurlan Əsgərlinin adını daşıyan küçənin xatirə lövhəsi önünə tər qərənfillər düzüb.
Sonra rayon rəhbəri kənddə 31 yaşlı idmançı Bəhruz Mirzəyevlə görüşüb.
RİH başçısı 15 İyun - Milli Qurtuluş Günü münasibətilə idmançını təbrik edib.
Məlumat üçün bildirək ki, boccia üzrə İtaliyada keçirilən beynəlxalq səviyyəli açıq regional turnirdə (21-28 oktyabr 2018-ci il) BC 4 kateqoriyasında ölkəmizə qızıl medal qazandırmış Bəhruz Şakir oğlu Mirzəyev 8 aprel 1988-ci ildə Viləş kəndində anadan olub. Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbini bitirib. Boccia İdman Federasiyasına 2018-ci ilin martından – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şəxsi dəstəyilə yaradılan vaxtdan qoşulub. 3 dəfə ölkə birinciliyində iştirak edən bocciaçı ikiqat Azərbaycan çempionu tituluna yiyələnib. Belarusun paytaxtı Minskdə təlim-məşqlərdə iştirak edib. İspaniyanın Madrid şəhərində keçirilən açıq regional çempionatda 12 ölkə arasında Macarıstan, İspaniya və Fransa təmsilçilərini – 20 illik təcrübəyə malik oyunçuları məğlub edib. Azərbaycanda keçirilən Türkiyənin milli komandası ilə yoldaşlıq görüşündə (28 dekabr 2017-ci il ) 3-cü yerin sahibi olub. İtaliyanın Olbiya şəhərində 15 Avropa komandası arasında təşkil olunan yarışlarda, açıq regional turnirdə Bəhruz qızıl, millimiz isə komanda yarışında bürünc medala layiq görülüb. Beləliklə, boccia üzrə Paralimpiya millimizin beynəlxalq yarışda qazandığı bu möhtəşəm zəfərlə B.Mirzəyev İtaliyada tarix yazıb.
Tel-Əviv şəhərində keçirilən İsrail açıq çempionatında (18-23 dekabr 2018-ci il) da Bəhruz qızıl medala qazanıb.
2018-ci ildə Bəhruz Mirzəyev boccia idman növü üzrə ilin ən yaxşı paralimpiyaçısı adına layiq görülüb.
İdmançı ilə səmimi söhbət edən icra başçısı respublikamızın gündən-günə inkişaf etdiyini bildirərək, deyib ki, bu gün möhtərəm Prezident İlham Əliyevin ölkəmizin bütün regionlarında idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı öz bəhrəsini verir. Azərbaycan gündən-günə öz uğurlarını artıraraq idman ölkəsi kimi öz adını güclü dövlətlər sırasına yazdırır.
Şahin Məmmədov gənc Bəhruza dünya çempionu olmağı, Azərbaycan Dövlət Himnin sədaları altında Bayrağımızın daha da uca zirvədələrdə dalğalanmasını arzu edib.
Sonra İcra hakimiyyətinin başçısı gənc idmançının təəssüratlarını dinləyib.
Tanınmış idmançı idman sahəsinə, idmançılara, göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərliyinə öz minnətdarlığını bildirib. İdmançı qeyd edib ki, Masallı çox dəyişib, gözəlləşib. Bu gün seviniriəm ki, idmançılara belə diqqət və qayğı göstərirsiniz. Mən də çalışacağam ki, gələcəkdə ölkəmizin bayrağını daim yüksəklərə qaldırım və Azərbaycanın idman ölkəsi olduğunu bütün dünyaya bir daha sübut edim.
Sonda rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov paralimpiyaçı Bəhruz Mirzəyevin yaşadığı evdə onun əlil atası və əlil qardaşı ilə görüşüb.

“Yeni həyat”,
www.yeniheyet.az

 

 

 

 

 

шаблоны для dle 11.2
Вернуться назад