Главная > İdman > Masallıda onlayn şahmat yarışı keçirilib

Masallıda onlayn şahmat yarışı keçirilib


17-06-2020, 17:46. Разместил: yeni321

Masallıda onlayn şahmat yarışı keçirilib 

Masallıda 8-12 yaşlı oğlan və qızlar arasında şahmat üzrə onlayn qaydada keçirilən rayon birinciliyinə yekun vurulub.
Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş birincilikdə 50-dən artıq idmançı iştrak edib.
İki gün davam edən (15-16 iyun) yarışın keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə uşaq və yeniyetmələrin ev şəraitində vaxtlarını səmərəli keçirməsi, onların müasir texnologiyalardan istifadə etməklə yarış təcrübələrinin artırılması olub.
Birinciliyin nəticələrinə görə oğlanlar arasında Mirseyidəli Talıbzadə birinci, Nuran Əkbərov ikinci, Mirsadiq Nəbiyev üçüncü yerə, qızlar arasında isə Lalə Ağacanova birinci, Zeynəb Quliyeva ikinci, Leyli Əliyeva üçüncü yerə layiq görülüblər.
Qalib şahmaçılar rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.

Akif AĞAYEV,
“Yeni həyat”,
www.yeniheyet.az

 

шаблоны для dle 11.2
Вернуться назад