Главная > İdman > İki Masallı taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb

İki Masallı taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb


4-12-2017, 20:11. Разместил: yeni321
 

İki Masallı taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazanıb  

 

Gürcüstan Respublikasının paytaxtında “Tbilisi Open” Beynəlxalq taekvondo turniri (2-3 dekabr) keçirilib. 

Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi, idman ustası Sadiq Ağayevin verdiyi məlumata görə açıq birincilikdə komandamız üç nəfərlik heyətlə təmsil olunub. Bu mötəbər turnirdə iki idmançımız qızıl medalla mükafatlanıb.

 59 kiloqram çəki dərəcəsində gənclər arasında mübarizə aparan Samir Məhərrəmov iki görüşdə gürcü idmançılara üstün gələrək finala yüksəlib. Həlledici mərhələdə isə erməni rəqibinə 28:10 hesabı ilə qalib gəlib.  

Yarışların son günü komandamızın digər üzvü – yeniyetmə taekvondoçumuz Rahid Vəliyev (33 kq) də beynəlxalq turnirin ən ali mükafatına sahiblənib. Növbəti mərhələyədək üç görüş keçirən Rahid finalda gürcü idmancısını məğlub edib.

Beləliklə, Masallı Regional Taekvondo Mərkəzinin iki yetirməsi qonşu respublikadan vətənə qızıl medalla dönüb.

 
                                                                            Akif AĞAYEV,
                                                                               “Yeni həyat”,
                                                                           www.yeniheyet.az

                                                                      

 шаблоны для dle 11.2
Вернуться назад