Главная > İdman > Masallıda “Nə? Harada? Nə zaman?” intellektual yarışı

Masallıda “Nə? Harada? Nə zaman?” intellektual yarışı


21-07-2020, 13:05. Разместил: yeni321
Masallıda “Nə? Harada? Nə zaman?” intellektual yarışı 

İyulun 19-20-də Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında onlayn qaydada “Nə? Harada? Nə zaman?” intellektual yarışı üzrə açıq rayon birinciliyi keçirilmişdir.
Yarışın əsas məqsədi mövcud pandemiya dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının müvafiq bəndlərinin, eləcə də “Masallı Gənclər Paytaxtı 2020” seçilməsi ilə əlaqədar olaraq təsdiq edilmiş tədbirlər Planının Masallı rayonunda icra olunmasından ibarətdir.
Bilik yarışmasında Masallı rayon gənclərindən ibarət komandalar ilə yanaşı Astara, Lerik, Cəlilabad və Biləsuvar gəncləri də iştrak etmişdir.
Yarışmanın sonunda Masallının “ GAUNTLET” komandası 22 xalla birinci, Lerik gənclərindən ibarət “Stimul” komandası 21 xalla ikinci, Cəlilabad rayonunun “Cənab General” komandası isə 20 xal toplayaraq üçüncü yerə layiq görülmüşlər.
Qalib komandalar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaq.

“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад