Главная > İdman > Masallıda gənclər arasında onlayn qaydada şahmat yarışı keçirilib

Masallıda gənclər arasında onlayn qaydada şahmat yarışı keçirilib


22-07-2020, 20:17. Разместил: yeni321

Masallıda gənclər arasında onlayn qaydada şahmat yarışı keçirilib 

Masallıda gənc oğlan və qızlar arasında onlayn qaydada şahmat yarışı üzrə rayon birinciliyi keçirilib.
Masallı rayon Gənclər və İdman İdarəsinin, Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə gerçəkləşən birincilik iki gün (20-21 iyul) davam edib.
Yarışın məqsədi mövcud pandemiya dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkil, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının müvafiq bəndlərinin, eləcə də “Masallı Gənclər Paytaxtı 2020” seçilməsilə əlaqədar olaraq təsdiq edilmiş Tədbirlər Planının icrası, gənclər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və şahmat idman növünə olan marağın artırılması olub.
Şahmat yarışlarının nəticələrinə görə oğlanlar arasında Bəşirov Mircavad birinci, Talıbzadə Mirseyidəli ikinci, Dadaşov Dadaş üçüncü yerə layiq görülüblər
Qızlardan isə Ağacanova Lalə, Quliyeva Zeynəb və Sadıqzadə Səma fərqləniblər.
 
 “Yeni həyat”,      
www.yeniheyet.az

 

 

шаблоны для dle 11.2
Вернуться назад