Главная > İdman > Masallıda dama üzrə rayon birinciliyinə yekun vurulub

Masallıda dama üzrə rayon birinciliyinə yekun vurulub


22-08-2020, 15:24. Разместил: yeni321
Masallıda dama üzrə rayon birinciliyinə yekun vurulub

Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nizami Gəncəvi adına parkda Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində verdiyi tapşırıq və tövsiyələrə əməl edilməklə açıq hava şəraitində yeniyetmə və gənclər arasında “Könüllülər ili” ilə əlaqədar dama idman növü üzrə rayon birinciliyi keçirilib.
Yarışların təşkili yeniyetmə və gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirilməsi, onlar arasında sağlam həyat tərzi və idman yarışları vastəsilə sosial fəaliyyətin artırılması, dama idman növünün təbliği, eləcə də asudə vaxtın səmərəli təşkili məqsədi daşıyıb.
İki gün (20-21 avqust) davam edən birinciliyin nəticələrinə əsasən Heydərəli Quliyev birinci, Sakit Kərimov ikinci, Təvəkkül Nəcəfov isə üçüncü yerə layiq görülüb.
Qalib idmançılar rayon gənclər və idman idarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.      
 
A.VAQİFOĞLU,
“Yeni həyat”,      
www.yeniheyet.az
 
 
 
 
 шаблоны для dle 11.2
Вернуться назад