Главная > İdman > MASALLIDA ATLETİKA ÜZRƏ “KÖNÜLLÜLƏR KUBOKU”

MASALLIDA ATLETİKA ÜZRƏ “KÖNÜLLÜLƏR KUBOKU”


26-08-2020, 18:01. Разместил: yeni321
MASALLIDA ATLETİKA ÜZRƏ “KÖNÜLLÜLƏR KUBOKU”
 
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında atletika idman növü üzrə “Könüllülər kuboku” yarışı keçirilib.
Yarışlar Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfindən imzalanmış “Könüllülər kuboku”nun əsasnaməsinə müvafiq olaraq təşkil olunub.
Yarış gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirilməsi, gənclər arasında sağlam həyat tərzi və idman yarışları vastəsilə sosial fəaliyyətin artırılması, atletika idman növünün gənclər arasında təbliği və asudə vaxtın səmərəli təşkili məqsədi daşıyıb.
Masallı şəhər Mərkəzi stadionunda iki gün (25-26 avqust) davam edən yarışlarda “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl edilib.
Mükafatlandırma mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan olunması haqqında idmançılara məlumat verib, qalib atletlərə yeni nailiyyətlər arzulayıb.
Yarışın nəticələrinə əsasən Əmrah Abuşov birinci, Heydərəli Quliyev ikinci,  Samir Əliyev isə üçüncü yeri tutublar.
Qaliblərə təşkilat komitəsi tərəfindən "Könüllülər kuboku"nun diplomları təqdim edilib.

Akif AĞAYEV,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад