Главная > İdman > Masallıda şahmat üzrə “Könüllülər kuboku” yarışı keçirilib

Masallıda şahmat üzrə “Könüllülər kuboku” yarışı keçirilib


28-08-2020, 15:00. Разместил: yeni321
Masallıda şahmat üzrə “Könüllülər kuboku” yarışı keçirilib
 
Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfindən imzalanmış “Könüllülər kuboku”nun əsasnaməsinə müvafiq olaraq, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə gənclər arasında şahmat idman növü üzrə yarış keçirilib.
Masallı Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin qarşısında “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə iki gün (27-28 avqust) davam edən yarış 16-29 yaşlı oğlan və qızlar arasında təşkil olunub.
İsveçrə sistemi ilə keçirilən yarışların yekun nəticələrinə əsasən oğlanlar arasında Dadaş Dadaşov birinci, Mircavad Bəşirov ikinci, Hüseyn Hüseynov üçüncü yerə layiq görülüb. Qızlar arasında isə Məryəm Heybətova, Ləman Bəyoğlanlı və Səma Sadıqzadə fərləniblər.
Qaliblər rayon gənclər və idman idarəsi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfindən diplomlarla təltif olunublar.

Akif VAQİFOĞLU,
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад