Главная > İdman > “Könüllülər Kuboku”nun Masallı rayonu üzrə mini-futbol yarışı

“Könüllülər Kuboku”nun Masallı rayonu üzrə mini-futbol yarışı


23-09-2020, 19:34. Разместил: yeni321
“Könüllülər Kuboku”nun Masallı rayonu üzrə mini-futbol yarışı keçirilib 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq, Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər mərkəzi stadionunda “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə Masallı rayonu üzrə 16-29 yaşlı gənclər arasında mini-futbol idman növü üzrə yarış keçirilib.
İki gün (21-22 sentyabr) davam edən yarışların yekun nəticəsinə əsasən “Masallı” komandası I, “Qarğalıq” komandası II, “Binə Xocavar” komandası III yerə layiq görülüb.
Qalib komandalar rayon gənclər və idman idarəsi tərəfindən "Könüllülər Kuboku"nun diplomları ilə təltif olunublar.
 
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад