Главная > İdman > Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi idmançı qazini ziyarət edib

Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi idmançı qazini ziyarət edib


29-01-2021, 18:11. Разместил: yeni321
Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi idmançı qazini ziyarət edib 

  Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi idmançı qazini ziyarət edib.
II Qarabağ müharibəsinin iştrakçısı Heydərov Sadiq Mənsum oğlunun ailəsini ziyarət zamanı qazinin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, qayğıları dinlənilib.
Qazinin ailəsi onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, Sadiq Heydərov kyokuşinkay karate idman növü üzrə müxtəlif vaxtlarda respublika və beynəlxalq səviyyəli yarışların mükafatçısı olub.
Heydərov Sadiq Mənsum oğlu 29 noyabr 1998-ci ildə Masallı rayonunun Yolağac kəndində anadan olub. 2017-2018-ci illərdə həqiqi hərbi xidmət keçib. 2020-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb. Vətən müharibəsinin başladığı ilk gündən döyüşlərə qatılaraq Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının, Şuşa şəhərinin işğaldan azad edilməsində qəhrəmancasına döyüşüb. Şuşa şəhəri uğrunda gedən döyüşlərdə yaralanıb. Bir müddət müalicə aldıqdan sonra yenidən xidmətə qayıdıb.
Sadiq Heydərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Cəsur döyüşçü" , “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
O, hazırda xidmətini davam etdirir.
  
“Yeni həyat”,      
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад