Главная > İdman > Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub

Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub


2-03-2021, 15:20. Разместил: yeni321
Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub 

Masallı rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Vətən uğrunda" onlayn qaydada keçirilən gənclər arasında şahmat idman növü üzrə rayon birinciliyinə yekun vurulub.
Rayon birinciliyinin keçirilməsində əsas məqsəd Vətən uğrunda öz canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.
 
Üç gün davam edən (28 fevral-02 mart) yarışın yekun nəticəsinə əsasən qızlar arasında Quliyeva Zeynəb Ruhil qızı birinci, Sadiqzadə Səma Kənan qızı ikinci, Ağacanova Lalə Rauf qızı üçüncü, oğlanlar arasında isə Əkbərov Nurlan Nazim oğlu birinci, Ağacanov Fuad Rauf oğlu ikinci, Paşayev Səfa Vəfalı oğlu üçüncü yerə layiq görülüb.
Qalib şahmatçılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılıb.
 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад