Главная > İdman > Masallı gəncləri idmançı şəhidin ailəsini ziyarət ediblər

Masallı gəncləri idmançı şəhidin ailəsini ziyarət ediblər


2-03-2021, 19:06. Разместил: yeni321
Masallı gəncləri idmançı şəhidin ailəsini ziyarət ediblər 

Martın 2-də Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Seyfullayev Araz Elsevər oğlunun ailəsini ziyarət edib.
Ziyarət zamanı əsgər Araz Seyfullayevin keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, ailənin qayğıları dinlənilib. Bildirilib ki, respublikamızın müstəqilliyi və vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş övladların xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Şəhid ailələri daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur.
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Seyfullayev Araz Elsəvər oğlu Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin cüdo bölməsinin yetirməsi olub. İdmanla məşğul olduğu vaxtlarda dəfələrlə rayon və zona yarışlarının mükafatını qazanıb.
Məlumat üçün bildirək ki, Araz Elsevər oğlu Seyfullayev 28 may 2001-ci ildə Masallı şəhərində anadan olub. 2018-ci ildə Sakit Tağıyev adına Masallı şəhər 4 nömrəli tam orta məktəbini bitirib. 2019-cu ilin iyul ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Göytəpə şəhərinin, “N” saylı hərbi hissəsində davam etdirib. 2019-cu ilin oktyabr ayının əvvəlindən Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
Azərbaycan Ordusunun əsgəri Araz Seyfullayev 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl rayonlarının alınmasında iştirak edərək şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 8 oktyabr 2020-ci il tarixdə doğulduğu Masallı şəhər Digah qəbiristanlığında torpağa tapşırılıb. Subay idi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Silahlı Qüvvələrinin əsgəri Araz Elsevər oğlu Seyfullayev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

 
www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад