Главная > İdman > Masallıda Bədən tərbiyəsi və idman günü qeyd edilib
Masallıda Bədən tərbiyəsi və idman günü qeyd edilib4-03-2021, 18:01. Разместил: yeni321 |
Masallıda Bədən tərbiyəsi və idman günü qeyd edilib Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Gənclər evi” sosial xidmət müəssisəsində “Covid-19” pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə, “5 Mart - Bədən tərbiyəsi və İdman Günü” münasibətilə idman sahəsində uğurlu nəticələr əldə edən bir qrup idmançılarla görüş keçirilib. Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov əlamətdar gün münasibətilə bütün idmançıları təbrik edib. Dövlətin digər sahələrə olduğu kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlər barədə geniş məlumat verərə rəisi qeyd edib ki, 2020-ci ildə dünyanı bürüyən pandemiya bütün sahələrdə olduğu kimi idman sahəsinə də təsirzis ötüşməyib, bu səbəbdən bir çox idman yarışları, Beynəlxalq turnirlərin keçirilməsi təxirə salınıb. Biz inanırıq ki, yaxın zamanlarda bu bəladan xilas olaraq idmançılarımız yeni uğurlara imza atacaq. C.Manafov vurğulayıb ki, 2020-ci il Azərbaycan xalqı üçün tarixi bir il oldu, torpaqlarımız işğaldan azad edildi, 44 günlük Vətən Müharibəsində idmançılarımız fəal iştrak edərək qəhrəmanlıqlar göstərdi. İdmançılar uğurlar arzulayan natiq deyib:”Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Ali Baş Komandanın ətrafında sıx birləşən idmançılarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi, hünəri və qətiyyəti idi. Böyük Qələbəmiz milli kimliyimizi, birliyimizi, güc və əzmimizi bütün dünyaya nümayiş etdirdi.” Əməkdar məşqçi Xanağa Quliyev, məşqçi-müəllim Ramiq Məmmədov, idmançılardan Heydərəli Quliyev, Allahyar Əhədov və başqaları çıxış edərək Dövlət başçısının idmana göstərdiyi diqqət və qayğıdan danışıblar. Tədbirin sonunda ötən dövr ərzində idman sahəsində əldə etdikləri yüksək nailiyyətlərə görə bir qrup idmançı rayon gənclər və idman idarəsinin Fəxri fərmanlari ilə təltif olunub. www.yeniheyet.az Вернуться назад |