Главная > İdman > Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhid ailəsini ziyarət edib

Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhid ailəsini ziyarət edib


18-03-2021, 17:46. Разместил: yeni321

Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi şəhid ailəsini  ziyarət edib

         Martın 18-də Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Əlizadə  Famil Habil  oğlunun  ailəsini  ziyarət edib.
  Ziyarət zamanı şəhid əsgər Famil Əlizadənin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, ailənin  qayğıları dinlənilib. Bildirilib ki, respublikamızın müstəqilliyi və vətən qarşısında borcunu qəhrəmanlıqla yerinə yetirərək şəhid olmuş övladların xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Şəhid ailələri daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunur. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib.
      Qeyd edək ki, Əlizadə  Famil Habil  oğlu  Masallı  rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşaq Gənclər İdman məktəbinin Yunan-Roma güləşi  bölməsinin yetirməsi olub. İdmanla  məşğul olduğu vaxtlarda dəfələrlə rayon və zona yarışlarının iştirakçısı və mükafatçısı olub.
Famil Habil oğlu Əlizadə 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə Ərkivan qəsəbə 3 nömrəli tam orta məktəbi bitirib. Təhsilini 2 nömrəli Bakı Peşə Liseyində davam etdirib. Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik mantyoru peşəsinə yiyələnib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. 2020-ci ilin yanvarında ordudan tərxis olunub.
Famil Əlizadə İkinci Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan Azərbaycan Ordusunun könüllü əsgəri Famil Əlizadə Füzuli rayonunun alınmasında, Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib.
Subay idi.
2020-ci ilin oktyabrın 22-də, Ərkivan qəsəbəsinin Bağlakücə məhəllə qəbiristalığında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olan Vətən müharibəsinin şəhid əsgəri Famil Habil oğlu Əlizadə ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.
 
www.yeniheyet.az
 
 
 шаблоны для dle 11.2
Вернуться назад