Главная > İdman > Masallıda “Zərərli vərdişlərə yox deyək” mövzusunda onlayn konfrans

Masallıda “Zərərli vərdişlərə yox deyək” mövzusunda onlayn konfrans


19-03-2021, 18:25. Разместил: yeni321
Masallıda “Zərərli vərdişlərə yox deyək” mövzusunda onlayn konfrans 

Martın 19-da Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclərin zərərli vərdişlərdən, narkomaniyadan uzaqlaşdırılması məqsədilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda onlayn konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov ilk öncə tədbir iştirakçılarını salamlayıb, İdarə tərəfindən mütəmadi olaraq bu səpkidə maarifləndirici tədbirlərinin əhəmiyyətindən söz açaraq bildirib ki, zərərli vərdişlərin, xüsusilə narkomaniyanın profilaktikasında ən səmərəli vasitə gənclərin asudə vaxtının təşkilidir. Bu prosesdə idmanın əhəmiyyəti şəksizdir. Gənclərimizin asudə vaxtının səmərəli təşkili məqsədilə dövlət başçımız cənab İlham Əliyevin tapşırığı ilə respublikamızın bölgələrində Olimpiya İdman kompleksləri inşa olunmuş, idman zalları və meydançaları yaradılmış və yenidən qurulmuş, rayonlarda gənclərə sosial xidmət göstərən “Gənclər Evləri” tikilərək gənclərin istifadəsinə verilmişdir.
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin nəzdində Uşqa Gənclər İdman məktəbinin məşqçi-müəllimi, Əməkdar məşqçi Xanağa Quliyev yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən uzaqlaşdırılmasında onların idmanla məşğul olmalarının əhəmiyyətini diqqətə çatdırıb.
Daha sonra tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Mehman Zaidov gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

www.yeniheyet.az
 шаблоны для dle 11.2
Вернуться назад