Главная > İdman > Masallı gəncləri Vətən Müharibəsinin iştirakçısı olmuş idmançını ziyarət ediblər

Masallı gəncləri Vətən Müharibəsinin iştirakçısı olmuş idmançını ziyarət ediblər


2-04-2021, 20:06. Разместил: yeni321
Masallı gəncləri Vətən Müharibəsinin iştirakçısı olmuş idmançını ziyarət ediblər
 
Masallı rayon Gənclər və İdman İdarəsinin kollektivi Vətən Müharibəsinin iştirakçısı olmuş idmançı Adilzadə Xalid Qadir oğlunu ziyarət ediblər.
Ziyarət zamanı müharibə veteranının keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, qayğıları dinlənilib.
X.Adilzadə ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib.
Adilzadə Xalid Qadir oğlu 23 iyun 1992-ci ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub. 2010-2011-ci illərdə həqiqi hərbi xidmət keçib. Vətən müharibəsinin başladığı ilk gündən könüllü olaraq döyüşlərə qatılıb, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsində qəhrəmancasına döyüşüb..
 Adilzadə Xalid Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Qeyd edək ki, Adilzadə Xalid Kyokusinkay karate idman növü ilə məşğul olmuş, müxtəlif vaxtlarda respublika və beynəlxalq səviyyəli yarışlarının mükafatını qazanıb.

www.yeniheyet.azшаблоны для dle 11.2
Вернуться назад